"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədov Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının son turunda "Xəzər Lənkəran" üzərində qələbədən (3:0) və növbəti turda "Sumqayıt"la keçiriləck oyundan danışıb.
- "Xəzər Lənkəran" üzərində böyükhesablı qələbə haqda fikirlərini bilmək istərdik.
- Demək olar ki, çox vacib qələbə qazandıq. Bizi izləyən rəqiblərdən bir qədər də uzaqlaşdıq. Oyuna çox ciddi hazırlaşmışdıq. Layiqli qələbə qazandıq. Rəqibimiz son vaxtlar qeyri-sabit çıxış etsə də hər halda adi komandalardan deyildi. Yaxşı oyun nümayiş etdirməsəydik, belə rəqibə bu hesabla qalib gələ bilməzdik.
- Yəni "Xəzər Lənkəran"a böyük hesabla qalib gələcəyinizi gözləmirdin?
- Düzdü, son oyunlarda çox qol vururuq, yaxşı formadayıq. Ancaq "Xəzər Lənkəran"a 3 cavabsız qolla qalib gələcəyimizi gözləmirdim. Qələbəmizə isə şübhəm yox idi.
- "Qarabağ"ın son turlarda xal itkiləri ilə üzləşməsi sizdə az da olsa çempionluğa ümid yaradıb?
- Çox cüzi də olsa, ümidimiz var. Ancaq çempion olacağımız inandırıcı deyil. "Qarabağ" bu şansını əldən verməz. Buna baxmayaraq 5-10 faiz çempion olmaq şansımız var. Bu, nə bizdən, nə də "Qarabağ"dan asılıdır. Çempionluq tək bizdən asılı olsa da, əminliklə heç nə deyə bilmərəm. Qarşıda 4 çətin oyunumuz var.
- Bəzi komanda yoldaşların hələ də "İnter"in çempionluğa oynadığını deyir.
- Mən də çempionluğa oynadığımızı deyirəm. Ancaq bir qədər real danışmaq lazımdır. Bizim şansımız çox cüzidir. Qarşıdan gələn 4 turda "Qarabağ"la aramızda olan 8 xal fərqini aradan götürmək çox çətin görünür. Biz çalışmalıyıq ki, öz oyunlarımıza fikir verək.
- Hər halda çempionatın əvvəllərində autsayder olan "İnter"in bu pilləyə qalxması da yüksək nəticədir.
- Əlbəttə, mövsümün əvvəllərində çoxları deyirdi ki, "İnter" elitada qalmaq üçün mübarizə aparır. Yadınızdadırsa, avroliqaya vəsiqə qazanacağımıza heç kim inanmırdı. Ancaq mən o dövrdə də bütün müsahibələrimdə şansımızın itmədiyini deyirdim. Bu gün tutduğumuz yerdən çox məmnunuq. Mən ikinci yeri də çempionluq kimi görürəm. Hardan-hara gəlməyimizə fikir verəndə böyük işlər gördüyümüzü demək olar. Bu yeri qorusaq, əla nəticə olar.
- Premyer Liqamızın növbəti turunda son dövrlər iddialı klubların başağrısına çevrilən "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqibdən ehtiyat edirsiniz?
- Gördüyünüz kimi, "Sumqayıt" son turlarda "Nefçi"yə qalib gəldi, "Bakı"dan isə xal almağı bacardı. Bizi də çox çətin oyun gözləyir. Hazırda rəqibimizin əhval-ruhuyəsi yaxşıdır, həvəslidirlər. Elitanı tərk etməmək üçün var qüvvələrini ortaya qoyublar. Gənc və döyüşkən futbolçulardan ibarət kollektivləri var. Bu komandadan ehtiyatlanmalıyıq. Hər halda biz öz meydanımızda oynayacağıq, qalib gəlməliyik.
Ramiq AĞAMƏMMƏDOV
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
"Real"ın tibbi heyətindən kobud səhv
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində