"Bakı" klubunun qapıçısı Aqil Məmmədov Qol.Az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sumqayıt"la heç-heçədən (1:1), komandasının Avroliqaya düşmək şanslarından və növbəti turda "Qarabağ"la keçiriləcək oyundan danışıb.
- "Sumqayıt"la oyunun favoriti hesab olunsanız da, qələbə qazana bilmədiniz...
- Həddindən artıq yaxşı oynadıq. Adətən, oyunda xeyli qol imkanının birindən istifadə edirsən. "Sumqayıt" isə cəmi bir şans əldə etdi ki, onu da qola çevirdi. Bunu ancaq "Bakı"nın şanssızlığı kimi dəyərləndirirəm. Başqa ad tapmıram. İndiyədək futbolda belə bəxtsizlik görməmişdim. Xeyli qol imkanlarımız oldu. Konkret olaraq şanssızlıqdan qələbə qaza bilmədik.
- Heç-heçə "Bakı"nı beşinci pilləyə saldı və Avroliqaya düşmək şansınız xeyli azaldı...
- Düzdü, özümüz işimizi çətinə salmışıq. Əsas odur ki, bu çətinlikdən çıxa bilərik. Bizi bir pillə qabaqlayan "Qəbələ" ilə oyunumuz var. Bundan başqa "İnter" və "Neftçi" var ki, onlara çatmaq çox çətin olacaq. Ancaq sona qədər mübarizə aparacağıq. Komandamızın bunun üçün potensialı var. Medalçılar sırasına düşmək istəyirik. Ümidimizi itirməmişik.
- Hazırda Avroliqaya vəsiqə düşünürsünüz, yoxsa gümüş medallara da iddialısınız?
- İndiki vəziyyətdə yalnız avrokuboklara getmək haqda düşünürük. Bunun hansı yolla olması bacib deyil. "Neftçi" kuboku qazanarsa, dördüncü pillənin sahibi kimi də Avroliqaya vəsiqə qazana bilərik.
- Son turlardakı rəqiblərinzi nəzərə alsaq, işinizin daha çətin olacağını demək olar.
- Növbəti turda "Qarabağ"la qarşılaşacağıq. Bu oyunda uğurlu nəticə qazansaq, komandamızda özünəinam artacaq. Belə olan halda nəyəsə ümid etmək olar.
- "Qarabağ"la görüşdə qələbəyə ümidin var? Rəqibiniz üçün də çox əhəmiyyətli oyun olacaq.
- "Qarabağ" çətin rəqibdir. Çox yaxşı və gərgin oyun gözlənilir. Rəqibimiz çempionluğa əsas namizəddir. Çalışacaqlar ki, bizə qalib gəlib, çempionluqlarını təmin etsinlər. Biz də qələbə üçün çox çalışacağıq. Komandamızı şansızlıq elə vəziyyətə salıb ki, bilmirəm nə deyim.
- "Bakı"nın son dövlər uğursuzluğa düçar olmasını sırf şanssızlıqla bağlayırsan?
- Fakt odur ki, "Sumqayıt"la qarşılaşmada təkqapıya oynadıq, ancaq qalib gələ bilmədik. Bütün matçlarda olmasa da, son oyunlarımızda bəxt bizdən üz döndərdi.
Ramiq AĞAMƏMMƏDOV
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir
Depay 1 ay oynamayacaq
"Tottenhem"də baş məşqçi vəzifəsinə iki namizəd
Mbappe bu xəbəri yalan adlandırdı
4 min dollara bilet olar? - FİFA-dan şikayət edildi
Muslera yenidən Uruqvay millisində
Fransa millisindən kənarlaşdırıldı
"Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"
Vaqner Lav 41 yaşında karyerasını başa vurdu
Azərbaycan millisi apreldə daha iki oyun keçirəcək
“Qarabağ” Sinenkonu transfer edir? - Menecerdən açıqlama
Messi “Qızıl top”u akademiyaya apardı - Video
Tanınmış futbolçu karyerasını başa vurdu
Milliyə çağırılmadı, saatlarla qumar oynadı
Qrizmanın yeni klubundakı qazancı bilindi
“Yuventus”un müdafiəçisi “Barselona”nın hədəfində
Fransa millisində Deşamı Zidanın əvəzləyəcəyi dəqiqləşdi
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi