"Neftçi" klubunun müdafiəçisi Elvin Yunuszadə Qol.Az saytına müsahibəsində Topaz Premyer Liqanın son turunda "İnter"ə məğlub olduqları oyundan (1:2) və ölkə kubokunun yarımfinal mərhələsində sabah "Rəvan"la keçiriləcık qarşılaşmadan danışıb.
- "İnter"lə oyundan başlayaq. Vurduğun qol komandanı məğlubiyyətdən qurtara bilmədi...
- "İnter" öz dəsti-xətti olan komandadır. Həmişə bu rəqiblə oyunumuz çətin keçib. Bu dəfə ağır oyunlardan biri oldu. Məğlub olsaq da, çıxış etdiyimizi deyə bilərəm. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Məğlubiyyətin səbəblərindən biri də süni örtüklü meydançada oynamağımız oldu. Təbii ot örtüyündə məşq edib, süni örtüklü meydançada oynamaq çox çətindir.
- "Neftçi" bu məğlubiyyətlə əlini çempionluqdan üzdü, yoxsa daha əvvəldən "Qarabağ"ın çempion olacağı ilə barışmışdınız?
- Bu gün çempionluğa ən real namizəd "Qarabağ"dır. Biz isə buna fikir vermirik. Son oyuna qədər qalib gəlmək istəyirik. Məğlub olmağımız "Qarabağ"ı çempionluğa bir qədər də yaxınlaşdırdı. Ancaq onsuz da, "Qarabağ" çempionluğa çox yaxın idi.
- Sabah ölkə kubokunun yarımfinal mərhələsində "Rəvan"la ilk oyununuz baş tutacaq. Bu görüş haqda nə düşünürsən?
- Çoxları hesab edir ki, "Rəvan"la oyunun favoriti bizik. Ancaq mən belə deməzdim. Sabahkı qarşılaşma digər oyunlardan da çətin olacaq. Gərək imkan verməyək ki, "Rəvan" bizə sürpriz etsin. İnşallah, sabah finala vəsiqəni 80 faiz təmin etmək istəyirik. Ancaq rəqibə də hörmətlə yanaşırıq.
- "Neftçi"nin aşkar favorit olmağı danılmazdır. Bu, oyuna köklənməkdə sizə problem yarada bilər?
- Biz dərk edirik ki, arxayınlaşmağımız nələrə gətirib çıxara bilər. Ona görə də oyuna lazımi qaydada köklənmişik. Heç bir arxayınlıqdan söhbət gedə bilməz.
- Rəqibinizi necə qiymətləndirirsən?
- "Rəvan" yaxşı komandadır. İstənilən vaxt güclü komandaları büdrədə bilərlər. Əgər "Bakı" kimi komandanı kubokdan uzaqlaşdırıblarsa, deməli, onlara hörmətlə yanaşmaq lazımdır.
- Komandanızın kuboku qazanmaq şanslarını necə görürsən?
- Yarımfinla və ya final mərhələsində heç bir komandanı favorit saymaq olmaz. Bu mərhələyə qədər gələn hər bir komandanın kuboku qazanmaq şansı var. Ötən mövsüm bu titulu biz qazanmışıq. Buna görə də kuboka real namizəd olmağımız normaldır. İstəyimiz budur ki, çempionatdakı uğursuzluğun əvəzini kuboku qazanmaqla çıxaq. Bunu azarkeşlərimizə görə etməliyik.
Ramiq AĞAMƏMMƏDOV
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu