Kamanan "Qəbələ"nin əsas komandasından qovuldu

Kamanan "Qəbələ"nin əsas komandasından qovuldu
ÖLKƏ FUTBOLU 15 Aprel 2014 / 13:43 3200
-  A +

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin hücumçuları Yannik Kamananı əsas komandadan qovub. Bu haqda Qol.Az saytına klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Z.Əzizovun sözlərinə görə, fransalı hücumçu intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib. Rusiyalı mütəxəssisin Kamananla bağlı belə sərt qərara əl atması həm də onun lazimi formadan uzaq düşməsi ilə əlaqədardır.

Klub rəsmisi bu mövsümün sonu müqaviləsi başa çatacaq Kamananın “Qəbələ”də qalıb-qalmayacağı ilə bağlı yekun qərarın sabah veriləcəyini deyib.

Daha çox


Son xəbərlər
topaz banner