Azərbaycanın U-19 yığmasının və "Neftçi" klubunun sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Artıq Topaz Premyer Liqada mövsümün sonuna az qalıb. Çempionatın hazırkı mərhələsi haqda nə söyləmək olar?
- "Qarabağ" çempionluğa daha da yaxınlaşır. Düşünürəm ki, "Qarabağ" növbəti iki oyunda da qalib gəlsə, artıq çempionluğunu təmin edəcək. Çempionatda daha maraqlı mübarizə ikinci və üçüncü yerlər uğrunda gedir. "Qarabağ" növbəti turlarda büdrəsə, "Neftçi" də birincilik üçün oynaya bilər. Ancaq "Neftçi"nin daha çox gümüş medalı qazanmağa şansı var. Digər iddialı komandalar isə "Bakı" və "İnter"dir. Növbəti turda baş tutacaq "İnter" - "Neftçi" oyunundan sonra intiriqa ya daha da artacaq, ya da azalacaq. "Neftçi" qalib gəlsə, ikinci yeri qazanmağı 70 faiz təmin edəcək.
- Qarşıdakı yeddi turda komandaların sıralanmasında ciddi dəyiklik gözləmək olar?
- Təxminən indiki sıralanma ola bilər. Ancaq qeyd etdiyim kimi, "Qarabağ" büdrəsə, "Neftçi"nin birinci yer üçün də şansı olacaq.
- "Qarabağ"ın böyük xal itkisi ilə üzləşəcəyi mümkündür?
- Futbolda hər şey ola bilər. Ancaq son turlar göstərir ki, "Qarabağ" mövsümün əvvəlində çətin rəqiblərindən olan komandaları bir-bir məğlub edir. Yəni isətnilən rəqiblə həvəslə oynayırlar və maksimum xal qazanırlar. Buna görə də "Qarabağ"ın bu mövsüm çempionluğa daha çox kökləndiyini hiss etmək olar.
- "Qəbələ"nin medallardan əlini üzdüyünü düşünürsünüz?
- Bəli, "Qəbələ"nin çempiontda hansısa iddiası qalmayıb. Ancaq kubokda şansları var. Məncə, "Qəbələ" uğuru kubokda axtaracaq. Çünki avroliqaya ən qısa yol ordan keçir.
- "Qəbələ" mövsümün əvvəlində çempionluğa ən real namizdələrdən sayılırdı. Komandanın qış fasiləsindən sonra uğursuz çıxışları futbol ictmaiyyəti tərəfindən xeyli müzakirə olunub. Sizcə, komandanın oyununda hansı problemlər var?
- Hiss olunur ki, "Qəbələ"də yaxşı ab-hava hökm sürmür. Oyuna gəldikdə isə komandada xətlərarası əlaqə möhkəmlənməyib. Bu da sabit heyətin olmamasında irəli gəlir. Əgər mövsümün ilk yarısında "Qəbələ" eyni heyətlə uğurlu çıxış edirdisə, qış fasiləsindən sonra bunu görmədik. Marat İzmaylov transfer olunandan sonra istər-istəməz baş məşqçi onu oynatmalı idi. Çünki futbolçuya vəsait sərf olunub. Marat oynadıqdan sonra isə heyətdə yerdəyişmələr baş verdi. Bu da komandanın oyununa təsir etdi. Həmçinin yeni gələn futbolçular komandaya uyğunlaşa bilmədilər. Xüsusilə müdafiədə və dayaq yarımmüdafiəsində boşluqlar var.
- Kubok mübarizəsi haqda fikirləriniz maraqlıdır. Bir həftədən sonra "Neftçi" "Rəvan"ı, "Qəbələ" "Xəzər Lənkəranı" qəbul edəcək.
- Birinci cütlükdə "Neftçi"ni favorit hesab etmək olar. Ancaq bildiyiniz kimi, kubok oyunu tam fərqlidir. Futbolçularda bu oyuna xüsusi motivasiya olur. Şahidi olmuşuq ki, Avropa ölkələrində ikinci liqadan olan komandalar kuboku qazana bilir. Bu baxımdan heç də "Neftçi" düşünməməlidir ki, onlar üçün asan olacaq. Fikrimcə, şanslar 60/40-a "Neftçi"nin tərəfindədir. "Qəbələ" ilə "Xəzər Lənkran"ın şansı isə bərabərdir. Çünki hər iki komanda avroliqaya kuboku qazanmaqla gedə bilər. Bunların arasında gedən mübarizə daha maraqlı olacaq.
- Kuboku qazanmağa hansı komandanı daha şanslı hesab edirsiniz?
- "Neftçi"ni. Çempionluğu qazanmaq şansları az olduğu üçün klub rəhbərliyi kuboku qazanmağı qarşıya məqsəd qoyub. "Neftçi"nin iddiası daha çox olduğu üçün şansı da bütün komandalardan üstündür. Bu, mənim təxminimdir. Necə olacağını may ayında görəcəyik. Əgər finalda "Neftçi" ilə "Xəzər Lənkəran" qarşılaşsa, proqnoz vermək daha çətin olar.
Ramiq AĞAMƏMMƏDOV
Ronaldo qayıtdı - Şəkil
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı