Çixradze "İnter"ə məğlubiyyətdən danışdı

Çixradze "İnter"ə məğlubiyyətdən danışdı
ÖLKƏ FUTBOLU 6 Aprel 2014 / 19:15 2083
-  A +

Topaz Premyer Liqanın 29-cu turunda bu gün öz meydanında "İnter"ə uduzan "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze məğlubiyyəti şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, rəqibin daha istəkli olmasını və buna görə də uduzduqlarını deyib:

“İki fərqli hissə oldu. İlk hissədə bərabər oyun getdi. İkinci hissədə isə rəqib bizdən daha aktiv oynadı. Buraxdığımız səhvdən “İnter” qol vurdu. Rəqib bizdən daha istəkli idi. Polyakın əvəzlənməsi zədə alması ilə bağlı idi”.

Xatırladaq ki, oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner