Böyükağa Hacıyev: "Heç kim öz ayranına turş deməz"

Böyükağa Hacıyev: "Heç kim öz ayranına turş deməz"
ÖLKƏ FUTBOLU 6 Aprel 2014 / 18:30 4221
-  A +

Topaz Premyer Liqanın 29-cu turunda bu gün "Bakı" üzərində 1:0 hesabı ilə qalib gələn "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev görüş haqda fikirlərini bildirib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qələbəni belə şərh edib:

“Öz oyunumuzu oynadıq, bir qolla vacib 3 xalı qazandıq. İki hissədə də hücumda oynadıq. Son vuruş lazım idi, onu da yekunda bacardıq. “Bakı” izləyicilərimizdən biri idi, aramızdakı xal fərqini artırmalı idik. “Simurq” da “İnter”ə məğlub oldu. Bunu belə də gözləyirdik. Gələn oyun “İnter”lə qarşılaşırıq. Bir günlük istirahətdən sonra hazırlığı bərpa edəcəyik".
 
B.Hacıyev "Bakı"nın baş məşqçisi Milinko Pantiçin "Barselona"nın belə burada xal qazanması çətindir" fikrinə də münsabət bildirib: "Pantiç səmimi insandır, heç kim öz ayranına turş deməz. Biz oyun boyu üstün oynadıq, qol gec oldu. Son dəqiqələrdə Nfora olunan hərəkət qırmızı vərəqə idi. Hakim də insandır, hər səhvə görə günahlandırmaq olmaz. Nfor qoldan sonra daha bir epziodu əldən verdi, daha doğrusu Aqil Məmmədov komandasını xilas etdi”.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner