Qurban Qurbanov: "Hər qələbədən sonra..."

Qurban Qurbanov: "Hər qələbədən sonra..."
ÖLKƏ FUTBOLU 30 Mart 2014 / 21:00 4885
-  A +

Topaz Prmeyer Liqanın 28-ci turunda bir qədər əvvəl başa çatan "Qarabağ" - "Qəbələ" oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov görüş haqda (3:0) fikirlərini bildirib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis futbolçularının rəqibdən daha istəkli olduğunu və buna görə layiqli qələbə qazandıqlarını deyib:

"Təbiətdə pis hava olmur, maraqlı oyun oldu, meydanda mübarizə gedirdi. Bizdə qələbə istəyi daha çox idi, vacib qələbə qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm, sona kimi bizi dəstəklədilər, biz də onları sevindirdik".
 
O, ardıcıl qələbələrə baxmayaraq komandasının arxayınlaşmadığını, əksinə daha məsuliyyətli olmağa çalışdığını qeyd edib: "Bizim çempionatda məğlub olduğumuz, heç-heçə etdiyimiz oyunlar da olub. Bəzən sonuncu pillələrdəki komandalara qarşı xal itkiləri ilə üzləşə bilərik. Hər bir rəqib bizdən xal ala bilər. Futboldur, sürprizlər ola bilər. Hər qələbədən sonra rəqiblər bizə qarşı daha ciddi oynayır. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

 

Daha çox


Son xəbərlər