Böyükağa Hacıyev: "Bu, “Böyük oyun”dan çox küçə savaşına bənzəyir"

Böyükağa Hacıyev: "Bu, “Böyük oyun”dan çox küçə savaşına bənzəyir"
ÖLKƏ FUTBOLU 29 Mart 2014 / 20:24 4584
-  A +

“Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə bildi. Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər deyirdilər ki, "Neftçi"ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisİ Böyükağa Hacıyev Topaz Premyer Liqanın 28-ci turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Rəqibin qol epizodunun olmadığı söyləyən təcrübəli mütəxəssis bildirib ki, "Xəzər Lənkəran"la oynadıqları matçlara "böyük oyun" demək düzgün deyil:

"Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu, “Böyük oyun”dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a 5 qol vuracam demişdim, deməmiş olum".

B.Hacıyev bu görüşdə  2-3 min azarkeşin stadiona buraxılmadığını vurğulayıb:

"Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar. “Neftçi”yə qarşı böyük təzyiqlər var".

Təcrübəli mütəxəsis komandanın bir neçə futbolçusu barədə də fikirlərini bölüşüb: "Cavid İmamverdiyevə inanıram, potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”.

Hacıyev onu da qeyd edib ki, Sadıq Sadıqov komandadan getsə, özü ondan  24 saat əvvəl "Neftçi"dən gedər:

"Mən yığdığım reytinqi ona borcluyam. O məni “Neftçi”yə gətirib".

Azərbaycan kubokundakı şanslarını da dəyərləndirən baş məşqçi deyib: "Kubokda iddialıyıq, bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik".

Daha çox


Son xəbərlər
topaz banner