Pantiç: "Baş verənlərə müdaxilə edə bilmirik"

Pantiç: "Baş verənlərə müdaxilə edə bilmirik"
ÖLKƏ FUTBOLU 29 Mart 2014 / 18:11 2365
-  A +

"Qələbə qazandığımız üçün şadam. Komanda var gücünü ortaya qoydu. Çətin qələbə qazandıq. Meydanda və kənarda baş verənlər var ki, biz buna müdaxilə edə bilmirik. İlk hissədə iki qol vurduq, ikinci hissədə isə müdafiədən oynadıq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Simurq"la oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis gənc yerli futbolçulara dəstək olacağını bildirib: “Neftçi” ilə oyunda cəzalı duruma düşən Vüqar Mustafayev və Araujo Santos oynaya bilməyəcək. Bunların niyə baş verdiyini anlamıram. Ola bilsin ki, bu, belə olmalı idi. Bir tərəfdən yaxşıdır ki, “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəklər. Bilmirəm niyə Ruben Qonzalezə də vərəqə göstərmədilər. Onun da 3 vərəqəsi var, cəza limitində idi. Sevinirəm ki, bu gün heyətdə 4 gənc futbolçu oynadı.

Azərbaycan futboluna kömək etmək üçün gəlmişəm. Burada olduğum müddətdə gənc yerli fubtolçulara dəstək olacam. Vüqarı məcbur etsən də, danışan deyil. Onu meydandan niyə qovduqlarını anlamıram? Serb dilini anladığım üçün Draqan Çeranın da söydüyünü eşitdim. Hər söyüşə görə qırmızı vərəqə verəndə gərək meydanda oyunçu qalmasın. Rauf Əliyev məşqdə oyuna hazır olduğunu bildirmişdi. Zədə alması bizim üçün gözlənilməz oldu”.

Daha çox


Son xəbərlər
topaz banner