Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza

Hakimləri təhqir edən məşqçiyə 5 oyunluq cəza
ÖLKƏ FUTBOLU 25 Mart 2014 / 12:34 2353
-  A +

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan kubokunun 1/4 finalının cavab oyunlarında baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan kubokunun ¼ final “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubunun 4  futbolçusunun sarı vərəqə cəzalandığı üçün “Xəzər Lənkəran” klubu min manat,  “Araz Naxçıvan” klubu 100 manat cərimə olunub.

Azərbaycan kubokunun ¼ final “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Azərbaycan kubokunun ¼ final “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4  futbolçusu sarı vərəqə cəzalandığı üçün kluba min manat cəza kəsilib.

Azərbaycan kubokunun ¼ final “Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.

 

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq