"Qəbələ" klubunun müdafiəçisi Rail Məlikov Qol.Az saytına müsahibə verib. Uzun müddətdir zədədən əziyyət çəkən və "Qarabağ"la kubok oyunundan meydana çıxan milli komandamızın sabiq üzvü sıraya dönməsindən və Topaz Premyer Liqanın son turunda "İnter"ə böyükhesablı (1:4) məğlubiyyətdən danışıb.
- Uzun müddət zədədən əziyyət çəkdikdən sonra oyuna çıxdın. Hazır idin meydana çıxmağa?
- Zədədən sonra ilk oyunu "Qarabağ"a qarşı keçirdim. Meydana gözlənilmədən çıxdım və pis təsir bağışlamadım. "inter"lə oyunda da 25 dəqiqə meydanda oldum. Məşqçilər korpusunun fikri odur ki, bir-iki oyunda 20-25 dəqiqə oynayım, sonra isə əsas heyətdə meydana çıxım. İnşallah gələn oyunlarda start heyətdə meydana çıxmağım məsləhət görülür. Çox ciddi zədə almışdım. Altı ay gözləməyə məcbur idim.
- Topaz Prmeyer Liqanın son turunda "İnter"lə qarşılaşdınız. "Qəbələ" növbəti dəfə doğma meydanda azarkeşlərini sevindirə bilmədi...
- Bizim üçün gözlənilməz nəticə oldu. Oyun başlayanda əlimizə düşən şanslardan istifadə edə bilmədik. Üstəlik müdafiədə zəif təsir bağışladıq. Ancaq hesabın 1:4 olacağını ağlımzdan keçirmirdik.
- Böyükhesablı məğlubiyyətin əsas səbəbini müdafiədəki boşluqlarla bağlamaq olar?
- Xeyr, bunu tək müdafiə ilə bağlamaq düzgün deyil. Komanda olaraq uduzmuşuq. İlk qolu biz vursaydıq, bəlkə də 4:0 hesablı qələbə qazanardıq. Əsas səhvlərimizi baş məşqçi daha yaxşı analiz edəcək.
- Bəlkə, "Qarabağ"la kubok matçından sonra komandanız toparlana bilməmişdi?
- Deməzdim ki, oyuna hazır deyildik. Qarşılaşmanın əvvəlində göstərdik ki, meydana iddialı çıxmışıq. Sadəcə şansları dəyərləndirə bilmədik.
- Qış fasiləsindən sonra komandanız öz meydanında qələbə qazana bilməyib. Doğma meydandakı bu uğursuzluğu necə izah etmək olar?
- Mən özüm də buna məətəl qalmışam. Bu, bütün komandamızı düşündürür. Adətən komanda öz meydanında daha yaxşı təsir bağışlayır, nəinki səfərdə. İndi biz sanki səfər komandası olmuşuq. Ancaq əsas öz meydanımızda yaxşı nəticə qazanmalıyıq. Çünki hər dəfə azarkeşlər stadionu məyus şəkildə tərk edəndə biz də çox pis oluruq. Baş məşqçimiz "İnter"ə məğlubiyyəti düzgün analiz etməldir. Yəqin ki, Syomin lazımi nəticələr çıxaracaq.
- Artıq "Qəbələ" beşinci pilləyə yuvarlandı. İndi daha çox kuboku düşünmək olar?
- Məsələyə real yanaşsaq, kubokda şansımız daha yaxşıdır. Əsas hədəf kimi kuboku qazanmağı düşünürük. Ancaq çempionatın bitməyinə də hələ çox var. Çempionluq real görünməsə də medalçılar sırasına düşməliyik. Rəhbərlik də bunu bizdən tələb edir. Bu mövsüm titul qazanmağa borcluyuq.
- Kuboku qazanmaq üçün yarımfinalda "Xəzər Lənkəran"ı keçməlisiniz...
- "Xəzər Lənkəran" həmişə kubok oyunlarında yaxşı təsir bağışlayır. Bizi çox maraqlı və gərgin oyun gözləyir. Çünki rəqibimiz də çempinatda iddialı deyil. Bütün fikirlərini kuboka yönəldiblər.
- Topaz Premyer Liqanın növbəti turunda rəqibiniz kubokda mübarizədən kənarlaşdırdığınız "Qarabağ"dır...
- Bizə iki gün istirahət verilib. Martın 25-də məşqlərə başlayacağıq. Keçilməyən rəqib yoxdur. Bunu kubok oyununda da sübut etdik. Artıq mövsümün sonuna yaxınlaşırıq. Qarşımıza qoyulan hədəflərə görə "Qarabağ"la oyunda yaxşı nəticə qazanmalıyıq.
Ramiq AĞAMƏMMƏDOV
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi
UEFA-dan Babək Quliyevə yeni təyinat
"Hakimlər "Real"a kömək edir" - "Barselona"nın prezidenti
Kosovo - Türkiyə matçının hakimləri açıqlandı
Mirça Luçesku huşunu itirdi, xəstəxanaya yerləşdirildi
Karyerasının son oyununda qol vurdu
Bu şərti qəbul etsə, "Barselona"da qalacaq
Klopp “Enfild”ə qayıtdı - Video
Bu yarışda qalib Medina-Montiel cütlüyü oldu - Video
Kasemiro bu kluba keçir
Futbol tarixində ən bahalı qadın oyunçu oldu
"Qarabağ"ın azarkeşi vəfat edib
Tofiq Musayev UFC-də ilk qələbəsini qazandı
“Dinamo”dan 6 qollu qələbə
Azərbaycan güləşçiləri Estoniyada 5 medal qazanıblar
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq