"Qarabağ" üçün çempionluq daha vacibdir"

"Qarabağ" üçün çempionluq daha vacibdir"
ÖLKƏ FUTBOLU 23 Mart 2014 / 13:00 3696
-  A +

"Qəbələ" ilə oyunda müəyyən səhvlərimiz oldu. İlk hissədə topa daha çox nəzarət etməli idik. Ancaq biz uzun ötürmələrlə oynadıq. Buna baxmayaraq, "Qəbələ"dən üstün oynadığımızı deyə bilərəm. Sadəcə rəqib lazımi anlarda qollar vurdu".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Namiq Yusifov "Qəbələ" ilə kubok oyunu (1:2) haqda danışarkən deyib.

"Qarabağ" ölkə kubokunun 14 final mərhələsinin cavab görüşündə "Qəbələ"yə uduzaraq mübarizəni dayandırdı. Təcrübəli futbolçu həmin məğlubiyyətin səbəbləri haqda danışıb. Eyni zamanda "Qəbələ" futbolçularının ustalıq səviyyəsini qeyd edib:  "Ümumiyyətlə həmin oyunda diqqətsizliyimiz çox oldu. Hər iki qolda səhvlərimiz oldu. Sanki konsentrasiyanı itirmişdik.  Bəlkə də ilk hissədə rahat oynadığımız üçün bir qədər boşalmışdıq. Ancaq oyuna çox ciddi yanaşırdıq. Rəqibin hər iki qolu baxımlı alındı".

N.Yusifov bundan sonra komandasının çempionat oyunlarına daha yaxşı köklənəcəyini və əsas məqsədinə doğru addımlayacağını vurğulayıb: "Əlbəttə ki, kubokla vidalaşmaq bizi çox məyus etdi. İstərdik ki, bu mövsüm iki titul qazanaq. Ancaq qismət belə imiş. Təbii ki, bizim üçün çempionluq daha vacibdir. İnşallah bütün fikrimizi çempionata, çempionluğa yönəldəcəyik".

N Yusifov Topaz Premyer Liqasının 27-ci turunda bu gün "Sumqayıt"l qarşılaşacaqları görüş hada da fikir bildirib: "Sumqayıt" hər bir komandanı məğlub etməyə qadirdir. Bildiyiniz kimi bu mövsüm "Neftçi" və "Qəbələ" kimi komandalara qalib gəlibər.  Digər güclü rəqiblərdən xal almağı bacarıblar. Biz də bunu dərk edirik. Çalışacağıq ki, yaxşı nəticə qazanaq".
 

Daha çox


Son xəbərlər