Pantiç: "AZAL-ı məğlub edə bilsək..."

Pantiç: "AZAL-ı məğlub edə bilsək..."
ÖLKƏ FUTBOLU 22 Mart 2014 / 14:55 2427
-  A +

Əlbəttə, ölkə kubokunun 1/4 finalında “Rəvan”a yenilib mübarizəni dayandırmaq üzücüdü. Ancaq olanlar keçmişdə qaldı. Hər şeyə rəğmən, oparlanmalıyıq və AZAL-la oyunda qələbəni düşünməliyik. Bundan sonra Topaz Premyer Liqa qarşılaşmalarına var gücümüzü qoymalıyıq ki, avrokuboklara vəsiqə qazanaq. Sabah AZAL-ı məğlub edə bilsək, 4-cü dövrədə 18 xal toplamış olacağıq. Bu isə əvvəlki dövrələrdəkindən daha yaxşı nəticə sayılacaq. Bütün çətinliklərə baxmayaraq, futbolçularımda ruh yüksəkliyi yaratmağa çalışıram".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqanın 27-ci turunda AZAL-la oyun öncəsi klubun saytına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis  mətbuatda Marius Penanın “qara siyahı”ya düşməsi ilə bağlı yazılan xəbərlərə də münasibət bildirib:

"O, sabah mənimlə birgə olacaq. Bu cür fikirlərin mənası yoxdu".

M.Pantiç onu da əlavə edib ki, hazırda müalicə alan Rauf Əliyevin xidmətindən “Simurq”la oyunda yararlanacaq.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner