Baş nazir Rusiyanın tarixi qələbəsini şübhə altına aldı

Baş nazir Rusiyanın tarixi qələbəsini şübhə altına aldı
ÖLKƏ FUTBOLU 21 Mart 2014 / 10:49 4391
-  A +

Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın tarixi qələbəsini  - DÇ-2018-ə ev sahibliyini şübhəli yolla qazandığına işarə vurub.

Qol.Az-ın “Thu Guardian”a istinadən yaydığı xəbərə görə, o bildirib ki, DÇ-2018-in təşkilatçı ölkəsi FİFA-dakı səsvermə zamanı yox, daha əvvəl müəyyənləşib.

“Mən öz sözlərimdə ehtiyatlı olmağa çalışacam. 24 saat ərzində yatmadan bizim Devid Behkem və şahzadə Uilyamla layihə üzərində işləyirdik. Mənə elə gəlirdi ki, biz inkişafa nail olmuşuq. Və mənə elə gəlirdi ki, nəticələr (səsvermə)... Fikirlərimdə ehtiyatlı olmalıyam. Belə deyim: DÇ-2018-in ev sahibi əvvəlcədən müəyyənləşdirilmişdi. Onu da deyə bilərəm ki, bir çoxları əvvəlcə bizə səs verəcəyini vəd etmişdi. Amma nəticədə İngiltərə cəmi bir səs aldı” – deyə o vurğulayıb.

Qeyd edək ki, D.Kemeronun bu fikirləri Rusiya mətbuatının etirazına səbəb olub.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner