Qvardioladan separatçı bəyanat

Qvardioladan separatçı bəyanat
ÖLKƏ FUTBOLU 20 Mart 2014 / 11:36 5033
-  A +

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola separatçı bəyanatla çıxış edib. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, özünün videomüraciətində o, İspaniyanın ərazisi olan Kataloniyanın öz müqəddəratını təyinetmə hüququnu tanıdığını açıqlayıb.

“Hər bir xalqın öz dövlətini qurmaq hüququ var” – deyə o bildirib.

Maraqlıdır ki, Qvardiolanın müraciəti alman dilində yayılıb.

Xatırladaq ki, Kataloniya yaxın vaxtlarda İspaniyanın tərkibindən ayrılıb müstəqil dövlət olmaqla bağlı qərar vermər istəyir. Beynəlxalq ictimaiyyət isə onların bu istəyinini qanunsuz sayır.

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner