Rəşad Sadıqov: “Əgər yenə İtaliyaya azarkeşlik edəcəklərsə, stadiona gəlməsinlər” (VİDEO)
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov “Avro-2016”nın püşkatmasının dəyərləndirərkən bəzi azarkeşlərdən narazılığını ifadə edib.
Qol.Az-ın xəbərinə görə, ANS telekanalına müsahibəsində o bildirib ki, ölkəmizdə İtaliya futbolunun azarkeşləri çoxdur.
“Əgər onlar 2002-ci ildə olduğu kimi, yenə gəlib İtaliyaya azarleşlik edəcəklərsə, onda stadiona gəlməsinlər. Rəqibə azarkeşlik etmək biz futbolçulara pis təsir edir” – deyə o bildirib.