«Göz yaşının ən acısı içəriyə axanıdı». Bu misra vaxtilə çox istedadlı bir şairə xanım vardı - Rəhilə İsmayıllı, onundu. Rəhilə xanım şükürlər olsun indi də var, təhsillə məşğul olur. Çox təəssüf ki, son illər şerlərinə rast gəlmirəm. Mövzum tamam başqadı, amma bu misra gərək olacaq.
Sabah Ağdam şəhərinin işğal günüdü. Ağdam şəhəri 6 minə yaxın övladı ilə şəhid oldu ki, Azərbaycan ölməsin, Azərbaycan yaşasın. Arada bizə daş da atdılar, kəsək də atdılar, söz də atdılar, biz dözdük və dözürük. Dözdük və ona görə dözürük ki, Ağdamı və Şuşanı azad edəcəyimiz günə inanırıq və o gün üçün yaşayırıq. Və əgər o günə inanmasaydıq, iki metr çatı tapıb özümüzü çoxdan asardıq.
Bu yazım futbola aiddi. Neçə il bundan qabaq, iyulun 23-də baş vermiş bir hadisəni hələ də unuda bilmirəm. Hələ də məni göynədir və o göynərti də bu yazını yazdırdı.
Taleyin bir istehzası. Ağdamın işğal günü «Qarabağ» komandası UEFA kuboku uğrunda yarışlarda yaşıl meydançaya çıxmaq məcburiyyətindədi. Bu qədər ağrı-acı ilə 30-40 min adamın önünə çıxıb futbol oynamaq, hətta uduzsan belə qəhrəmanlıq tələb edir.
Bu bir təsadüfdümu, yoxsa taleyin istehzasıdırmı, 10-12 il əvvəl yenə də Ağdamın işğal günü «Qarabağ» komandası UEFA kuboku uğrunda yarışlarda yaşıl meydançaya çıxmağa məcbur olmuşdu. Çexiyanın Yablonets şəhərində «Yablonets» klubu ilə qarşılaşırdıq.
Yablonets də Ağdam kimi gözəl bir dağətəyi şəhərdi, meşənin içindədi. Elə adamları da ağdamlılar kimi qonaqpərvərdi. Oyundan bir gün qabaq Nazim Abdullayev, Elbrus Abbasov və mən şəhərin və Çexiyanın yüksək səviyyəli dövlət məmurlarının qonağı olduq. Məclisdə Çexiyanın daxili işlər naziri, Futbol Federasiyalarının prezidenti, Praqanın və Yablonetsin şəhər merləri iştirak edirdilər. Və söhbəti fırlayıb gətirdik müharibəyə və təbii ki, Ağdamdan danışdıq, Ağdamın tarixindən danışdıq, Ermənistanın işğçalçılığından danışdıq və dedik ki, sabah Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu gündü. Loru dillə desək, biz həm Çexiyanın dövlət məmurlarını, həm də futbol ictimaiyyətini bişirə bildik. Bunu da bilirsiniz ki, futbola siyasət qarışa bilməz. Amma biz üç qardaş bunu bacardıq.
Səhər futbol başlayan kimi hakim oyunu saxladı. Diktor stadiona elan elədi ki, bu gün bizim qonağımız olan «Qarabağ» komandasının təmsil etdiyi Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Xahiş edirik həmin şəhərin şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edəsiniz.
Bütün stadion qalxdı ayağa, bir dəqiqəlik sükuta daldı, həmin oyun da televiziya ilə bütün Avropada yayınlandı. Bir həftə sonra Yablonets Bakıya gələndə məlum oldu ki, buna görə klub külli miqdarda cərimələnib. Amma qonaq futbolçular bundan heç peşman olmadıqlarını da bildirdilər.
Həmin oyunda qəribə bir hadisə baş verdi. O hadisə ki, məni bu gün də göynədir. Nazim Abdullayev, Elbrus Abbasov və mən oğlanlarımızı da özümüzlə aparmışdıq və bütün oyun boyu bu uşaqlar Azərbaycan bayrağını başları üstünə qaldırıb stadionda fırlanırdılar. Biz də şərəf tribunasında oturmuşduq. Oyunun birinci hissəsi idi 2 : 0 uduzurduq. Birdən 3-cü topu da vurdular. Bu vaxt oğlum Toğrul qalxdı bizim yanımıza. Gördüm uşaq əsir və başladı ağlamağa. Oğlum mənim kimi futbol azarkeşi deyil. Uşaq sadəcə olaraq Ağdamın işğal günü sevdiyi komandanın uduzmağına ağlayırdı. Mən onu sakitləşdirməyə çalışdım:
- Ə, yekə kişisən, bizi biabır eləmə, camaat baxır. Futboldu də, ağlama. Ağlama, köpəyoğlu…
Və birdən özümü necə hönkürtü tutdusa şərəf tribunasında oturan çexiyalılar xeyli müddət məni sakitləşdirə bilmədilər. İndi də Nazim Abdullayev deyirdi:
- Ə, yekə kişisən, bizi biabır eləmə, camaat baxır.
Eh, nə camaat, nə biabırçılıq. Mən uduzmağımıza ağlamırdım. Heç vaxt ağlamağa qoymadığım, ağlamağın nə olduğunu bilməyən oğlumun ağlamağı ağladırdı məni. Onun göz yaşları göz yaşı deyildi, xəncər idi, ürəyimi deşirdi. Elə bil Ağdam indicə şəhid olmuşdu. Beləcə ata-bala qucaqlaşıb ağlaşdıq.
«Qarabağ»ın Bakıda 2-3 min uşaq fanatı var. Biz Sumqayıtda oynayarkən bu uşaqlar avtobuslardan sallaşıb gəlirdilər oyuna baxmağa. Əllərində də bayraqlar. Və «Qarabağ» uduzanda bu uşaqlar hönkür-hönkür ağlayırdılar mənim oğlum kimi. Və o uşaqların da göz yaşları yandırırdı məni. Çox vaxt gedib o uşaqların aralarında otururdum.
Komandamız oyuna çıxanda futbolçulara həmin uşaqları göstərib deyirdim:
- Sizə qurban olum, o uşaqları ağlatmayın. O uşaqların sizdən başqa heç nəyi yoxdu.
Doğrudan da o uşaqların «Qarabağ» futbol komandasından başqa heç nələri yoxdu. Nə evləri, nə eşikləri, nə hər axşam bazardan əli dolu qayıdan ataları, nə sevincləri, nə sevgiləri, nə futbol oynayacaq, nə də qız üstə dalaşacaq məhlələri. Heç nələri yoxdu. Bircə siqaret çəkməyə Bakı küçələri. O uşaqların «Qarabağ» komandasından başqa heç nələri yoxdu.
Sabah Ağdamın işğal günüdü və sabah «Qarabağ» futbol komandası yenə yaşıl meydançaya çıxmaq məcburiyyətindədi. Ağrısı-acısıyla, dərdi-qəmi ilə.
Yenə o uşaqlar stadionda olacaqlar.
Sözüm «Qarabağ» komandasının futbolçularınadı!
O UŞAQLARI AĞLATMAYIN, QARDAŞLAR! ELƏ BİZİ DƏ AĞLATMAYIN!
Onsuz da ağlamağa göz yaşımız da qalmayıb. Ona görə Rəhilə İsmayıllının şerini yada saldım: «Göz yaşının ən acısı içəriyə axanıdı». Bizim göz yaşlarımız içimizə axır və kimsə görə bilmir. Dünya cəhənnəm, heç özümüzünkülər də görə bilmir.
O uşaqları ağlatmayın, qardaşlar!
Tanrı və Şəhidlərin ruhu köməyiniz olsun!
Və sonda. Bu gün futbola gəlməyən ağdamlını Ağdam azad olunandan sonra «Qarabağ» komandasının beşiyi olan İmarətə buraxmayacağıq. Dar gündə yanımızda olmayanın gen gündə yanımızda yeri yoxdu!
Aqil ABBAS
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı