Deyəndə ki, Azərbaycanda futbol yoxdu, olmayıb və olmayacaq, inanmırlar. Hər halda dünən buna bir daha şahid olduq. Futbolumuz inkişaf etmək əvəzinə, əksinə arxaya gedir. İki fakt deyəcəm.
Birincisi - 3 il qabaq “Karvan” qarşısında aciz qalan “Spartak” dünən həm Bakını başuca tərk etdi, həm də növbəti mərhələyə adladı. Halbuki 3 il əvvəl bu komanda “Karvan”la mübarizədə nəinki mərhələ adlamış, heç bir qol belə vura bilməmişdi. Unutmayın ki, həmin “Spartak” dünənki komandadan daha güclü idi.
İkincisi - ikinci dəfə Bakıya rəqib kimi gələn Karol Peçe bu dəfə paytaxtımızı qələbəylə tərk etdi. Düzdür, 4 il əvvəl də Peçenin çalışdırdığı “Jlina” mərhələ adlamışdı. Amma daha belə yox. Həmin vaxt “Bakı” öz meydanında qələbə qazanmış, səfərdə isə yalnız son dəqiqələrdə erməniəsilli yunan hakimin qeyri-obyektivliyi və Emin İmaməliyevin heç nədən “qazandığı” cərimə zərbəsi nəticəsində məğlub olmuşdu. Tam əminliklə deyirəm, həmin “Jlina” “Spartak”dan ən azı iki baş üstün idi. Bütün bunları xarıtlamaqda məqsədim odur ki, ey hörmətli AFFA rəsmiləri, gözünüzü daha yaxşı açın və reallığa baxın. FUTBOLUMUZ IRƏLI YOX, GERI GEDIR.
“İnter”in mərhələ adlamaması birabırçılıqdı. Ötən mövsüm sınıq-salxaq “Rabotniçki”ni birtəhər keçsə də, bu dəfə “Spartak”la bacarmadı. Halbuki oyundan qabaq hamı birağızdan qələbədən, növbəti mərhələyə adlamaqdan dəm vururdu. Reallıq isə başqadır. Dünən şahid olduğum bir səhnəni görməyə dəyərdi. Qarşılaşmadan sonra əlində Azərbaycan bayrağını tutan bir Qarabağ müharibəsi veteranı hönkür-hönkür ağlayırdı məğlubiyyətə. Onu görəndə insan istər-istəməz kövrəlirdi. Kaş ki, o vicdan “İnter”dəkilər də olardı. Amma Nikolovun və ya Txadadzenin nə vecinə. Onlar bura pul qazanmağa gəliblər. Pul isə nəticəyə görə verilmir ki. Guya həmin Nikolov, Txadadze, Quqlemon, nə bilim Çervenko və ya adını yazmaq istəmədiyim onlarla əcnəbini Azərbaycan futbolunun inkişafı maraqlandırır? Ay-hay. Komandaya ən yaxşı qiyməti elə azarkeşlər verdi. Vicdanı olan “İnter”li dünən bütün stadionun bir ağızdan “Neftçi”, “Neftçi” qışqırmağını görəndən sonra, peşəsini dəyişməlidi. Bu ən böyük təhqirdir. Amma onlarda vicdan nə gəzir. Vicdanı olan oğlan daşıdığı formanın, təmsil etdiyi ölkənin, millətin rəzil olmasına imkan verməz.
Mahir Şükürova da söz ola bilməz. Yenə də “fərqləndi”. Komandasını rəqib qarşısında aciz qaldığını görüb, hirsini slovaklı futbolçudan çıxdı. Bəxti onda gətirdi ki, hakim onun rəqibi vurduğu epizodu görmədi. Bir başqa epizodda isə Zlatinov “fair-play” qaydasına uyğun olaraq, topu rəqibə qaytararkən, Mahir onun üstünə elə qışqırdı ki... Əmin olun, Mahir hələ də “Bakı”yla oyunda buraxdığı səhvi başa düşməyib. Sabah əlinə yenə elə imkan düşsə, öz “iş”ini görəcək.
Beləcə, iki klubumuzun Avropa macərası başlamamış bitdi. Ümid qaldı, “Bakı”yla “Qarabağ”a. Əslində Ağdam klubunun mərhələ keçməsini gözləyənlər, indidən özlərini məğlubiyyətə hazırlasalar, daha yaxşı olar. Reallığını unutmayaq. Çünki nisbətən zəif rəqiblər qarşısında aciz qalan Azərbaycan klubunun “Rosenborq”u mübarizədən kənarlaşdırması möcüzə olardı. Təki, “Qarabağ” bu möcüzəni reallaşdıra bilsin. Amma istənilən halda, əsas yük “Bakı”nın çiynindədir. Azərbaycan futbolunun imicini heç olmasa, sən qurtar, ey “Bakı”.
İbrahim CƏFƏROV
[email protected]
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək