Bu gün “Bakı” daha bir futbolçunu heyətinə qatıb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Sloveniyada keçirilən təlimlər zamanı baxışdan uğurla çıxan bosniyalı futbolçu Aleksandar Soliclə 1 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Bakı”ya "Osiyek" klubundan transfer olunub. Qeyd olunan klub, Xorvatiya birinciliyində çıxış edir və ötən mövsümü 7-ci pillədə başa vurub.
Yarımmüdafiəçi olan Soliç 1983-cü il yanvarın 9-da Xorvatiyanın Riyeka şəhərində anadan olub. Bosniyavətəndaşlığını daşıyan Soliçin boyu 181 sm, çəkisi isə 89 kq-dır.
Karyerasına 2003-cü ildə "Pomoraç"da başlayıb. 2 ildən sonra bu klubu tərk edən "Bakı"nın yeni transferi sonrakı il yarım ərzində 3 klub ("Karlovaç", "Zadar", "Hrvatski Dragovoljac") dəyşən Soliçin sonuncu klubu "Osiyek" olub. O, bu komandanın heyətində 2007-ci ilin yanvarından çıxış edirdi. Soliç "Bakı"ya azad agent kimi qoşulub. Çünki futbolçunun sonuncu klubu ilə müqaviləsi bir neçə gün əvvəl başa çatıb.
Maraqlıdır ki, Soliçin çıxış etdiyi sonuncu klub - "Osiyek"də birvaxtlar məşhur futbolçu, Xorvatiya tarixinin ən güclü oyunçusu hesab olunan Davor Şuker də oynayıb.
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video