Zidan: "Baş məşqçi olmaq çətin işdir"

Zidan: "Baş məşqçi olmaq çətin işdir"
XƏBƏR 14 İyul 2013 / 00:46 1906
-  A +

Fransa millisinin və "Real" (Madrid) klubunun əfsanəvi futbolçusu Zinəddin Zidan yenidən məşqçiliklə bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "L'Equipe" qəzetinə danışan Zidan məşqçiliyin çətin bir iş olduğunu bildirib:

"Yaxşı oyunçu olmağın irəlidə uğurlu baş məşqçi olacaq anlamına gəlmədiyini bilirəm. Mənim yaşımda belə öyrənməli və öz üzərində çalışmalısan. Çünki bilmədiyimiz çox şeylər var. Baş məşqçilik çətin bir işdir və daim öyənmək məcburiyyətindəsiniz. Bəzən gecələr başağrısı ilə yatıram. Yaxşı baş məşqçi olmaq bir qədər zaman alacaq".

Qeyd edək ki, Zidan yeni mövsümdən "Real"ın baş məşqçisi Karlo Ançelottinin köməkçisi vəzifəsində çalışacaq.


Son xəbərlər
topaz banner