"Makkabi" - "Xəzər Lənkəran" oyunu canlı yayımlanacaq

"Makkabi" - "Xəzər Lənkəran" oyunu canlı yayımlanacaq
XƏBƏR 13 İyul 2013 / 18:30 6030
-  A +

"Xəzər Lənkəran"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Makkabi" (Hayfa) ilə keçirəcəyi ilk oyun ölkəmizdə canlı yayımlanacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda İsraildə olan klubun nümayəndələri yayımın baş tutması üçün apardıqları danışıqları uğurla başa çatdırıblar.

Lakin hələlik oyunu canlı yayımlayacaq telekanalın adı açıqlanmayıb.

Qeyd edək ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu iyulun 18-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
topaz banner