"Barselona"nın futbolçusuna İtaliyadan təklif var

"Barselona"nın futbolçusuna İtaliyadan təklif var
XƏBƏR 13 İyul 2013 / 18:22 3328
-  A +

"Barselona"nın futbolçusu Sesk Fabreqası transfer etmək istəyən klubların siyahısına daha biri daxil olub.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, italiya "İnter"i də ispan hücumçunu heyətində görmək istəyir.

Klubun yeni baş məşqçisi Ualter Mazzarrinin transfer siyahısında olan ən birinci oyunçunun məhz Fabregas olduğu bildirilir. "Barselona"nın isə futbolçunun transferinə yalnız 40 milyon avro müqabilində icazə verəcəyi iddia edilir.

Qeyd edək ki, Fabreqasla "Arsenal" və "Mançester Yunayted" klubları da yaxından maraqlanır.

Son xəbərlər
topaz banner