Loran Blanın Kavani planı

Loran Blanın Kavani planı
XƏBƏR 13 İyul 2013 / 17:08 2087
-  A +

PSJ-nin baş məşqçisi Joran Blan komandasının transfer planları haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis "Napoli"nin futbolçusu Edinson Kavanini kluba transfer edəcəklərindən əmin olduğunu deyib:

"Kavanini transfer edəcəyimizdən əminəm. Lakin hələlik bu transfer rəsmən tamamlanmadığı üçün planları Kavani heyətdəymiş kimi qurmağın mənası yoxdur. Rəsmiyyət qazanana qədər gözləyəcəyik".

Loren həmçinin "Roma"nın futbolçusu Markinosla yaxından maraqlandıqlarını da təsdiqləyib: "Bildiyim qədərilə onu transfer etmək istəyən yeganə klub deyilik. Ona görə işimiz bir qədər çətindir".

Qeyd edək ki, PSJ yeni mövsüm üçün hələlik bir transfer belə etməyib.

 


Son xəbərlər
topaz banner