Premyer Liqa klubunun sahibi dəyişdi

Premyer Liqa klubunun sahibi dəyişdi
XƏBƏR 13 İyul 2013 / 16:41 2582
-  A +

İngiltərə Premyer Liqasının klublarından olan "Fulhem"in sahibin dəyişib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 1997-ci ildən klubun sahibi olan 85 yaşlı misirli iş adamı Muhammed Əl-Fayed klubu amerikalı milyarder Şahid Hana satıb.

Pakistanəsilli Han klubun bütün səhmlərinin sahibi olub. Klubun rəsmi saytından verilən açıqlamada müqavilənin qiyməti barədə məlumat verilməsə də, Britaniya mətbuatı bu məbləğin 220 milyon dollardan çox olduğunu yazıb. Artıq bu müqavilə İngiltərə Futbol Federasiyası (İFF) tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, bununla da Han İngiltərə Premyer liqasında 6-ci amerikalı klub sahibi olub.

Son xəbərlər
topaz banner