Mourinyo: "Daha böyük uğurlar əldə edə bilərəm"

Mourinyo: "Daha böyük uğurlar əldə edə bilərəm"
XƏBƏR 13 İyul 2013 / 15:24 1951
-  A +

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo bu dəfə özü haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis Britaniya mətbuatına açıqlamasında artıq xüsusi biri olduğunu deyib:

"İndi daha yaxşıyam. Çünki qazandığım iş təcrübəmlə daha böyük uğurlar əldə edə bilərəm. Yaşınız, nailiyyətlər, təcrübələr hər zaman əhəmiyyətlidir".

"Çelsi"dən ayrıldıqdan sonra yenə Avropadaydım. İki il İtaliya və üç il İspaniyada oldum. Bunların sayəsində daha çox təcrübəyə sahib oldum və özümü təkmilləşdirdim. Məhz bu səbəbdən indi daha yaxşı olduğumu deyə bilərəm" - deyə Mourinyo bildirib.


Son xəbərlər
topaz banner