İspaniya Superkubokunun başlama saatı açıqlandı

İspaniya Superkubokunun başlama saatı açıqlandı
XƏBƏR 13 İyul 2013 / 14:52 3328
-  A +

"Atletiko" (Madrid) klubu ilə "Barselona" arasında keçiriləcək İspaniya Suberkubokunun başlama vaxtı məlum olub.

Qol.Az-ın məlumatına görə, ilk matç avqustun 21-də Madriddə baş tutacaq.

Cavab qarşılaşması isə avqustun 28-də "Nou Kamp" stadionunda oynanılacaq. Hər iki qarşılaşma UEFA qaydalarına əsasən bir qədər gec, yəni, Bakı vaxtı ilə gecə saat 02:00-də başlayacaq.

Belə ki, qaydalara əsasən UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin matçlarının oynandığı saatlarda başqa turnirlərin oynanılmasına icazə verilmir. Bu turnirin oyunları da eyni günə təsadüf etdiyindən İspaniya Superkuboku bir qədər gec saatlarda başlayacaq.

Qeyd edək ki, suberkubok matçı eyni səbəbə görə 2011-ci ildə də gec başlamışdı.

Son xəbərlər
topaz banner