Sneyder və Kuyt Van Bommelin klubunda oynayacaq

Sneyder və Kuyt Van Bommelin klubunda oynayacaq
XƏBƏR 13 İyul 2013 / 13:34 2850
-  A +

"Qalatasaray"ın futbolçusu Uesli Sneyder və "Fənərbaxça"nın oyunçusu Dirk Kuyt eyni klubun formasını geyəcək.

Qol.Az-ın məlumatına görə, bu, Hollandiya futbolunun əfsanələrindən olan Mark van Bommelin futbolçu karyerasını başa vurması münasibəti ilə keçiriləcək vida matçında baş tutacaq.

İyulun 19-da keçiriləcək matçda Mark van Bommelin komandası ilə PSV klubu qarşılaşacaq. Görüşdə Kuyt və Sneyder hollandiyalı oyunçunun komandasında çıxış edəcəklər.

Qeyd edək ki, sözügedən vida matçında Zlatan İbrahimoviç, Roy
Makaay, Tomas Müller, Frənk Riberi, Aryen Robben kimi futbolçular da iştirak edəcək.


Son xəbərlər
topaz banner