Perez: "Ronaldonun ən yaxşı oyununu görməmişik"

Perez: "Ronaldonun ən yaxşı oyununu görməmişik"
XƏBƏR 13 İyul 2013 / 13:21 2257
-  A +

"Real"ın (Madrid) prezidenti Florentino Perez klubun futbolçusu Kriştiano Ronaldo haqqında növbəti açıqlamasını verib.

Qol.Az-ın məlumatına görə, "Gol Caracol"a danışan klub prezidenti bu dəfə də portuqaliyalı hücumçu haqqında müsbət fikirlər səsləndirib:
 
"Ronaldo bu klubun siması və dünyanın ən yaxşı oyunçusudur. Bacaraqlı, həvəsli və uğurlar qazanmağa istəkli biridir. Bu isə bizim üçün çox yaxşıdır. Həmçinin onun azarkeşlərlə də möhtəşəm münasibəti var".

Bununla belə, Perez Ronaldonun hələ də ən yaxşı oyununu görmədiklərini deyib.

Son xəbərlər
topaz banner