"Borussiya"nın futbolçusu Useyn Boltu geridə qoydu

"Borussiya"nın futbolçusu Useyn Boltu geridə qoydu
XƏBƏR 13 İyul 2013 / 12:57 3194
-  A +

"Borussiya" (Dortmund) klubunun yeni transferi Pyer-Emerik Obameyanq dünyanın bir nömrəli sprinteri Useyn Boltu geridə qoyaraq hər kəsi təəccübləndirib

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu klubun İsçevrədəki hazırlıq prosesində 30 metr məsafəni 3.7 saniyəyə qaçıb.

Bununla da, hücumçu yüngül atletika üzrə dünya rekordçusu yamaykalı sprinterin 2009-cu ildə 30 metrlik rekordunu demək olar ki, bir saniyə ilə təzələyib.

Qeyd edək ki, Obameyanq bu yay "Borussiya" ilə beş illik müqavilə imzalayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner