"Milan" "Mançester Siti"nin təklifini rədd etdi

"Milan" "Mançester Siti"nin təklifini rədd etdi
XƏBƏR 13 İyul 2013 / 10:46 2487
-  A +

"Mançester Siti"nin "Milan"ın hücumçusu Stefan Əl Şaaravini transfer etmək istəyi baş tutmayb.

Qol.Az-ın məlumatına görə, buna səbəb Milan təmsilçisinin futbolçunu satmaqdan imtina etməsidir.

Belə ki, klub rəhbərliyi İngiltərə təmsilçisinin təklifini rədd edərək futbolçunu satmayacaqlarını açıqlayıb. "Milan" klubunun baş məşqçisi Massimiliano Alleqri yeni mövsümdə hazırki heyəti qorumaq üçün belə addım atdıqlarını bildirib.

Qeyd edək ki, 2011-ci ildən "Milan"ın şərəfini qoruyan Əl Şaaravi keçirdiyi 59 oyunda 18 qola imza atıb.


Son xəbərlər
topaz banner