Arsen Venger: "Uzun illər qalmaqda qərarlıyam"

Arsen Venger: "Uzun illər qalmaqda qərarlıyam"
XƏBƏR 13 İyul 2013 / 10:39 1593
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger klubu ilə müqavilə uzatmaq üçün görüşmələrə başlayıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun çalışdırıcısı jurnalistlərə açıqlamasında deyib.

Yeni mövsümün başa çatmasının ardından PSJ-ə gedəcəyi iddialarına da münasibət bildirən Venger bildirib ki, Fransa klubun rəhbərini tanısa da, ora getmək fikri yoxdur:

"PSJ-yə getməyəcəyəm. Çünki mənim qəlbim "Arsenal" tərəfdədir. Burada uzun illər qalmaqda qərarlıyam. Klubun prezindenti ilə bu barədə görüşürük. Hər şey yolunda gedir".

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən "Arsenal"ı çalışdırır.

Son xəbərlər
topaz banner