"Mançester Yunayted"dən Alkantara açıqlaması

"Mançester Yunayted"dən Alkantara açıqlaması
XƏBƏR 12 İyul 2013 / 19:04 3190
-  A +

"Mançester Yunayted"in baş məşqçisi David Moyes "Barselona"nın futbolçusu Tiaqo Alkantaranın kluba transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis ispan yarımmüdafiəçi ilə maraqlanmadıqlarını deyərək yayılan xəbərləri təkzib edib:

"Heç zaman Tiaqonun transfer gündəmimizdə olduğunu söyləməmişəm. Bizim başqa hədəflərimiz var. Hazırda transfer məsələsində hər şey istədiyimiz kimi gedir".

Qeyd edək ki, Alkantara ilə "Bavariya" yaxından maraqlanır. Hətta Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola oyunçunu komandasında görmək istədiyini söyləyib.

Son xəbərlər
topaz banner