"Suarezin "Liverpul"da qalmasını istəyirik"

"Suarezin "Liverpul"da qalmasını istəyirik"
XƏBƏR 12 İyul 2013 / 18:51 1951
-  A +

"Liverpul"un baş məşqçisi Brendan Rocers futbolçusu Luis Suarezin klubda qalıb-qalmayacağına aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, Rocers "Talk Sport"a müsahibəsində deyib ki, uruqvaylı hücumçunu satmaq istəmirlər:

"Suarezin bizimlə hələ üç illik müqaviləsi var. Onun bizimlə qalmasını istəyirik. Bu mövsüm Premyer Liqada daha yüksək yerlərə qalmaq istəyirik. Suarezə dəyər veririk. O, ötən mövsüm çox yaxşı idi və bunun bir daha təkrarlanmasını arzulayırıq".

Qeyd edək ki, oyunçu ilə "Real", "Çelsi", "Arsenal"ın maraqlandığı iddia edilir.


Son xəbərlər
topaz banner