Məsut Özil "Adidas"la müqavilə imzaladı

Məsut Özil "Adidas"la müqavilə imzaladı
XƏBƏR 12 İyul 2013 / 17:35 2469
-  A +

"Real"ın (Madrid) futbolçusu Məsut Özil yeni ayaqqabı sponsoru olacaq "Adidas"la müqavilə bağlayıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, şirkətlə 2020-ci ilə qədər sözləşmə imzalayan oyunçu bu sponsor sayəsində illik 2 milyon avro qazanacaq.

Razılığa əsasən türkəslli alman yarımmüdafiəçi La Liqada və ya Çempionlar Liqasında kubok qazanarsa və ya xüsusi bir mükafata layiq görülərsə əlavə olaraq da gəlir əldə edəcək.

Ancaq Özilin imic haqqlarının bir qismi 2019-cu ilə qədər "Real"a məxsus olduğu üçün verilən məbləğin bir hissəsinin Madrid klubuna çatacağı bildirilir.

 


Son xəbərlər
topaz banner