"Barselona" və "Bavariya"dan hələ də geri qalırıq"

"Barselona" və "Bavariya"dan hələ də geri qalırıq"
XƏBƏR 12 İyul 2013 / 15:01 2760
-  A +

"Yuventus"un baş məşqçisi Antonio Konte Avropanın nəhəng klubları arasında hələlik yer almadıqlarını deyib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis hücum xəttini Karlos Tevez və Fernando Llorente ilə gücləndirmələrindən məmnunluğunu ifadə etsə də, hələ də "Barselona" və "Bavariya"dan geri qaldıqlarını bildirib:

"Biz üç oyunçu transfer etmək üçün 20 milyon avro ödədik. Üstəlik bu pulu hazırlamaq üçün bəzi futbolçuları satdıq. "Barselona" və "Bavariya" klubları isə bir oyunçu üçün 50-60 milyon avro ödəyə bilir. Aramızdakı fərqi azaltmaq üçün isə biz meydanda onlardan daha çox çalışmalıyıq" - deyə Konte qeyd edib.


Son xəbərlər
topaz banner