Qvardiola: "Onlar verdiyi sözü tutmadılar"

Qvardiola: "Onlar verdiyi sözü tutmadılar"
XƏBƏR 12 İyul 2013 / 13:25 2498
-  A +

2012-ci ildə "Barselona"da ayrılan "Bavariya"nın yeni çalışdırıcısı Pep Qvardiola Kataloniya klubunda yaşadığı sıxıntılardan danışıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan mütəxəssis "Barsa"da ona rahatlıq verilməməsindən şikayətlənib:

"O zaman bir az dincəlmək istəmişdim. Klub rəhbərliyi və nümayəndələrindən məni rahat buraxmalarını istəmişdim. Onlar da bunu anlayışla qarşılamışdılar. Ancaq sonradan onlar verdiyi sözü tutmadılar".

Kataloniya klubundaykən köməkçisi olan Tito Vilonavanın müalicə üçün Amerikaya getdiyi zaman onu ziyarət etmədiyi ilə bağlı iddialları da yalanlayan Qvardiola bildirib: "Onu bir dəfə də olsa, ziyarət edə bildim. Amma imkan olsa, daha tez-tez yanına gedəcəm".

Qeyd edək ki, Qvardiola iyulun 24-də sabiq klubu ilə hazırlıq matçı çərçivəsində qarşı-qarşıya gələcək.


Son xəbərlər
topaz banner