Messi: "Ronaldinyodan çox şey öyrənmişəm"

Messi: "Ronaldinyodan çox şey öyrənmişəm"
XƏBƏR 12 İyul 2013 / 12:39 2518
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi keçmiş komandaya yoldaşı Ronaldinyo və bir müddət baş məşqçisi olan Frank Raykard haqqında maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu "Barca TV"yə müsahibəsində daha yaxşı səviyyəyə çatmasında braziliyalı oyunçunun böyük rolu olduğunu deyib:

"Ronaldinyo Kataloniya klubunda olduğu zamanlarda mənim üçün önəmli biri idi. 16 yaşımda, xüsusilə də mənim xarakterimdə biri üçün soyunub-geyinmə otağı çox çətin idi. Ancaq Ronaldinyo mənə çətin gələn hər şeyi asanlaşdırdı. Ondan çox şey öyrənmişəm".

Keçmiş baş məşqçisi Raykard barədə isə Messi deyib: "Bəzən onun məni niyə oynatmadığını düşünürdüm və bunun səbəbini anlamırdım. Sonradan əslində onun mənə çox yaxşı davrandığını gördüm. Ona minnətdaram, çünki mənim üçün doğru zamanı seçən birisi idi".

 


Son xəbərlər
topaz banner