“Mariehamn”ın oyunçusu hakimin penalti qərarından təəccüblənib

“Mariehamn”ın oyunçusu hakimin penalti qərarından təəccüblənib
XƏBƏR 12 İyul 2013 / 12:05 1811
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsinin dünən baş tutan "Mariehamn" (Finlandiya) - "İnter" (Azərbaycan) oyununda (0:2) meydan sahiblərinin qapısına 21-ci dəqiqədə hakimin təyin etdiyi penalti mübahisə doğurub.

Qol.Az-ın Finlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, “Mariehamn”ın mərkəz müdafiəçisi Rocer Tompson qeyd edib ki, orada heç bir qayda pozuntusu olmayıb.

“Hakim belə bir qərar verəndə gözlərimə inanmadım” – deyə o vurğulayıb.

Xatırladaq ki, həmin epizoddan sonra Baçana Szadadze komandasına hesabda irəli çıxarıb. 86-cı dəqiqədə isə Vaqif Cavadov da bir qol vuraraq “İnter”ə 2:0 hesablı qələbə qazandırıb və növbəti mərhələyə Azərbaycan təmsilçisi çıxıb.


Son xəbərlər
topaz banner