Avropa Liqasında I təsnifat mərhələsini uğurla adlayan "Xəızər Lənkəran" klubunun qarşısına yenə də İsrailin "Makkabi" klubu çıxıb.
Qol.Az-ın məlumatına görə, lakin bu dəfəki rəqib Təl-Əvivin deyil, Hayfa "Makkabi"sidir.
Belə ki, 2011-2012-ci il mövsümündə Avroliqanın II təsnifat mərhələsində "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşan "Xəzər Lənkəran" səfərdə rəqibinə 1:3 hesabı ilə uduzmuş, doğma meydanda isə bərabərlik qeydə alınmışdı - 0:0. Bu nəticə ilə Lənkəran təmsilçisi mübarizəni erkən dayandırmalı olmuşdu. Bu dəfə isə rəqib Hayfa təmsilçisi "Makkabi" klubudur.
1913-cü ildə yaradılan "Makkabi" klubu İsrailin UEFA Çempionlar Liqasının qrup mərhələsində oynayan ilk komandasıdır. Hayfa təmsilçisi bu şərəfə 2002-2003-cü illərdə nail olub. "Makkabi"nin hazırki sahibi Ya'akov Şahar, baş məşqçisi isə Arik Benadodudr.
"Makkabi" ev oyunlarını "Kiryat Eliezer" stadionunda keçirir. Təxminən 14 min tamaşaçı tutumuna malik olan bu stadionda komanda əsasən yaşıl rəngli formalardan istifadə edir. Səfər oyunlarında isə ağ və ya "ağ-yaşıl-qara" rəngli formalara üstünlük verilir.
Komandanın ölkə daxilindəki uğurlarına nəzər yetirək. Tarixi ərzində 12 dəfə ölkə çempionluğunu bayram edən "Makkabi" klubu (1983–84, 1984–85, 1988–89, 1990–91, 1993–94, 2000–01, 2001–02, 2003–04, 2004–05, 2005–06, 2008–09, 2010–11) 7 dəfə çempionatın gümüş medallarına yiyələnib. Hayfa klubu 5 dəfə də ölkə kubokuna (1962, 1991, 1993, 1995, 1998) sahib çıxıb.
Avropadakı çıxışlarına gəldikdə iki dəfə Çempionlar Liqasının (2002-2003, 2009-2010) və bir dəfə isə Avroliqanın qrup mərhələsində (2011-2012) çıxış edən "Makkabi" 1985-ci ildə UEFA "İntertoto" kubokunu qazanıb. Komanda cari mövsümü ikinci pillədə başa vuraraq yenidən Avroliqada oynamaq hüququ əldə edib. Komandanın bu dəfəki rəqibi isə Azərbaycan kubokunun son finalçısı "Xəzər Lənkəran" klubudur.
Qeyd edək ki, "Makkabi" - "Xəzər Lənkəran" oyunu iyulun 18-də Hayfada, cavab görüşü isə bir həftə sonra Lənkəranda keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" 1999-cu ildə İntertoto kuboku çərçivəsində "Xəzər Lənkəran"ın hazırki rəqibi "Makkabi" (Hayfa) klubu ilə qarşılaşmış və növbəti mərhələyə adlayan tərəf olmuşdu. Belə ki, doğma meydanda 0:1 hesabı ilə uduzan Ağdam klubu səfərdə Müşviq Hüseynovun iki qolu sayəsində rəqibinə qalib gələrək növbəti mərhələyə yüksəlmişdi - 2:1.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya