"İnter"in ikinci mərhələdəki rəqibi müəyyənləşdi

"İnter"in ikinci mərhələdəki rəqibi müəyyənləşdi
XƏBƏR 12 İyul 2013 / 01:08 2644
-  A +

Finlandiyada "Mariehamn" klubunu 2:0 hesabı ilə məğlub etməklə mərhələ adlayan "İnter"in Avroliqanın II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, bu, Norveçin "Tromse" klubudur.

İlk oyunda öz meydanında Sloveniyanın "Selye" klubuna 1:2 hesabı ilə uduzan "Tromse" səfərdə rəqibini iki cavabsız qolla məğlub edib. Bununla da, Norveç təmsilçisi ikinci mərhələdə "İnter"ə rəqib olub.

Qeyd edək ki, "İnter" və "Tormse" komandaları arasında ilk oyun Bakıda, cavab qarşılaşması isə Norveçdə keçiriləcək.


Son xəbərlər