"Bakı" Avstriya klubunu darmadağın etdi

"Bakı" Avstriya klubunu darmadağın etdi
XƏBƏR 12 İyul 2013 / 01:00 1768
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu ötən gün növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Milinko Pantiçin komandası bu dəfə Avstriyanın "Penik" klubu ilə qarşılaşıb.

Oyuna erkən qolla başlayan "zolaqlılar" rəqiblərinə heç bir şans verməyiblər. Görüş "Bakı"nın böyükhesablı qələbəsi ilə başa çatıb - 8:0.

Qeyd edək ki, "Bakı" Avstriyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.


Son xəbərlər