"Çelsi"dən Runiyə 60 milyon funt-sterlinq

"Çelsi"dən Runiyə 60 milyon funt-sterlinq
XƏBƏR 12 İyul 2013 / 00:01 2188
-  A +

Bir müddət öncə "Mançester Yunayted"də qalacağını bildirən Ueyn Runiyə təkliflər gəlməkdə davam edir.

Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Çelsi" klubu ingilis futbolçuya rəsmi təklif göndərib.

London təmsilçisi Runi ilə 5 illik müqavilə imzalamaq niyyətindədir. Üstəlik klubun sahibi Roman Abramoviç 27 yaşlı futbolçunun transferi üçün 60 milyon funt-sterlinqindən (təxminən 70 milyon manat) keçməyə hazırdır.

Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi "Liverpul"un hücumçusu Luis Suarezlə də yaxından maraqlanır.

Daha çox


Son xəbərlər
26.05.24  11:55

Ozobiç üzr istədi