"Qızıl top"u ya bu il alacam, ya da heç vaxt"

"Qızıl top"u ya bu il alacam, ya da heç vaxt"
XƏBƏR 11 İyul 2013 / 18:21 3750
-  A +

"Bavariya"nın oyunçusu Frank Riberi "Avropada ilin futbolçusu" mükafatına namizədlər arasında yer alması haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, fransız yarımmüdafiəçi "Kicker"ə müsahibəsində deyib ki, bu ilki "Qızıl top"u qazanmağa layiqdir: "Bu mükafatı ya bu il alacam, ya da heç vaxt. Çünki çox yaxşı bir mövsüm keçirdim. Bir çox insanın da bu mükafata layiq olduğumu düşündüyünə inanıram".

30 yaşlı oyunçu xüsusi mükafatlardan daha çox komandanın uğurunu fikirləşdiyini də  bildirib. Məhz buna görə, Riberi "Qızıl top"u qazanmasa, məyus olmayacağını vurğulayıb: "Məni ən çox xoşbəxt edən komandamla birgə əldə etdiyim uğurlardır" - deyə o qeyd edib


Son xəbərlər