"Sumqayıt" "Neftçala"nı məğlub etdi

"Sumqayıt" "Neftçala"nı məğlub etdi
XƏBƏR 11 İyul 2013 / 12:37 1291
-  A +

Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" klubu məşqlərini davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun rəhbərliyi altında komanda Sumqayıt İdman Mərkəzində "Neftçala" ilə yoxlama oyunu keçirib.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüş Sumqayıt təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. "Sumqayıt"dan qolu Bayram Nuruzadə vurub.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl AZAL-la yoxlama oyunu keçirmişdi və 0:0 bərabərə qalmışdı.


Son xəbərlər
topaz banner