"Əsas hədəfimiz "Mançester Yunayted"i üstələməkdir"

"Əsas hədəfimiz "Mançester Yunayted"i üstələməkdir"
XƏBƏR 11 İyul 2013 / 01:40 2614
-  A +

"Mançester Siti" klubunun yeni baş məşqçi Manuel Peleqrini iddialı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis yeni mövsümdə bütün titulları qazanmaq istədiklərini bildirib:

"Güclü heyətimiz var. Yeni mövsümdə əlimizdən gələni edərək daha çox titul qazanmaq istəyirik. Əsasən hər hansı bir kubok üçün yarışacağımızı deyə bilmərəm. Çünki bütün kuboklar bizim üçün vacibdir. Təbii ki, Premyer Liqanı da qazanmaq istəyirik. Azarkeşlərimiz üçün əsas hədəf isə əzəli rəqibimiz "Mançester Yunayted"i üstələməkdir. Hazırda iki hücumçumuz var. Daha birini də transfer edəcəyik".

Qeyd edək ki, "Mançester Siti" klubu ötən mövsümü Premyer Liqada ikinci pillədə başa vurmuşdu.


Son xəbərlər
topaz banner