"İnter" səddini keçməliyik"

"İnter" səddini keçməliyik"
XƏBƏR 11 İyul 2013 / 01:26 1680
-  A +

"Bakıdakı oyun çox fərqli alındı. Çoxlu tamaşaçı önündə güclü pressinqlə üzləşmişdik. Matçın sonlarına doğru qapımıza doğru sıxılmışdıq. Bununla belə, səfərdən sərfəli nəticə ilə qayıda bildik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Mariehamn" klubunun yarımmüdafiəçisi Robin Östlind deyib.

Finlandiya mətbuatına danışan isveçli futbolçu "İnter" səddini keçməli olduqlarını bildirib: "Düşünürəm ki, cavab oyunu da eyni ssenari ilə keçə bilər. Ancaq bu daha çox özümüzdən asılı olacaq. Bu görüşdə qələbə qazanmaqla növbəti mərhələyə yüksəlməliyik".

Qeyd edək ki, "Mariehamn" - "İnter" oyunu bu gün, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər
topaz banner