Rauf Əliyev və Əfran İsmayılov "Bakı"da məşqə çıxmadı

Rauf Əliyev və Əfran İsmayılov "Bakı"da məşqə çıxmadı
XƏBƏR 11 İyul 2013 / 01:03 2478
-  A +

“Bakı” klubunun Avstriyada təlim-məşq toplanışı davam edir.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən gün komanda gün ərzində üç məşq keçirib.

İlk öncə, səhər saatlarında oyunçular çəki nəzarətindən keçərək məşq meydançasına yollanıblar. Fiziki və taktiki təmrinlərdən ibarət olan məşqə “ağ-göylər” isinmə hərəkətləri ilə başlayıblar. Komandanın səhər məşqi əsasən topla hərəkətlərdən ibarət olub. Daha sonra iki qrupa bölünən futbolçular taktiki bir oyun keçirib.
 
Səhər məşqindən sonra komanda trenajor zalina yollanıb və burada fiziki təmrinləri yerinə yetirib. Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında keçirilən axşam məşqi güclü yağışa görə cəmi bir saat davam edib. Komanda əsasən driblinq və zərbələr üstündə çalışıb.
 
Əfran İsmayılov və Rauf Əliyev səhər və axşam məşqlərində iştirak etməyiblər. “Bakı” yeni mövsümə hazırlıqlarını bu gün saat 21:30 da keçiriləcək “SV Penik” ilə yoldaşlıq oyunu ilə davam edəcək.

Son xəbərlər
topaz banner