Məsut Özil: "Onun kimisini görməmişəm"

Məsut Özil: "Onun kimisini görməmişəm"
XƏBƏR 11 İyul 2013 / 00:28 3098
-  A +

"Real"ın türkəsilli futbolçusu Məsut Özil əfsanəvi oyunçu Zinəddin Zidanın meydanda etdiyi hərəkətləri təkrarlamaq üçün çalışdığını deyib.

Qol.Az-ın məlumatına görə, alman yarımmüdafiəçi "So Sport"a müsahibəsində Fransa millisinin sabiq oyunçusunu çox bəyəndiyini və mütəmadi olaraq "Youtube"dan onun videolarını izlədiyini bildirib:

"Zidanı ilk dəfə 1998-ci ildə keçirilən dünya kubokunda kəşf etmişdim. O vaxtdan sonra video oyunlarında "Real" və Fransanı seçməyə başladım. Onun hərəkətlərinin videosunu tez-tez izləyirəm. Bir gün özümə "mən də onun etdiklərini etməliyəm" dedim. Qısa vaxt ərzində Zidanın bəzi hərəkətlərini etməyə başladım. Futbolda indiyə kimi onun kimisini görməmişəm".

Qeyd edək ki, Özil yeni mövsümdən məşqçilər heyətində yer alacaq Zidanla çalışmaq fürsətinə nail olacaq.

Son xəbərlər
topaz banner