İtaliyada 3 klub və 8 futbolçu haqda istintaq başladı

İtaliyada 3 klub və 8 futbolçu haqda istintaq başladı
XƏBƏR 10 İyul 2013 / 17:03 2112
-  A +

İtaliya Futbol Federasiyası (İFF) 3 klub və 8 futbolçu haqqında oyunların altı-satqısında iştirak etdiyi üçün istintaqın başlanıldığını açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, danışılmış oyunlarda şübhəli bilinən klublar "Latsio", "Genua", "Leççe", futbolçular isə Stefano Mauri, Karlo Qervasoni, Omar Milanetto, Alessandro Zamparini, Massimilliano Benassi, Antonio Rosati və Stefano Ferrariodur. 

İstintaqın başlanmasına səbəb olan oyunlar sırasında İtaliya A seriyası çərçivəsində baş tutmuş "Latsio" - "Genoa" (2011-ci il, 14 may) və "Leççe" - "Latsio" (2011-ci il, 22 may) qarşılaşmaları göstərilir.


Son xəbərlər
topaz banner